AZ

Azərbaycanda 2025-ci il ərzində "Visa" kartları ilə aparılan əməliyyatların həcmi məlum oldu

Bakı. Trend:

2025-ci ilin sonuna olan məlumata görə, Azərbaycanda rezidentmaliyyə institutları tərəfindən buraxılmış "Visa" kartları (ocümlədən statistik vahidlərin ödəniş kartları) üzrə aparılanəməliyyatların sayı 160 milyon vahid, əməliyyatların həcmi isə 9,2milyard manat təşkil edib.

Bu haqda TrendAzərbaycanın Mərkəzi Bankına istinadən məlumat verir.

2024-cü illə müqayisədə əməliyyatların sayı 47 milyon və ya42,9%, əməliyyatların həcmi isə 2,1 milyard manat və ya 29,6%artıb.

Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindənburaxılmış "Visa" kartları üzrə tranzaksiyaların sayı 847,9 min,əməliyyatların həcmi isə 80,8 milyon manat olub.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdə,Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatlarıtərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilmişbütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrəəməliyyatlar isə xarici maliyyə institutları tərəfindən buraxılmışkartlardan istifadə olunmaqla ölkə ərazisində aparılantranzaksiyalardır.

Seçilən
54
44
az.trend.az

10Mənbələr