AZ

Türkiyədə məhbusları daşıyan avtobus aşdı - 19 yaralı

Türkiyənin İstanbul şəhərində həbsxanaya məxsus, məhbusları daşıyan nəqliyyat vasitəsi aşıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Eyüpsultan rayonunda baş verib.

Məlumata görə, qəzada 2-si ağır olmaqla 19 nəfər xəsarət alıb.

Hadisə ilə bağlı məlumat verildikdən sonra əraziyə çoxlu sayda tibb, polis və yanğınsöndürmə briqadaları göndərilib.

"Cebheinfo.az" 

Seçilən
34
3
cebheinfo.az

4Mənbələr