AZ

Xalq artisti xəstəxaya yerləşdirildi: “Aləm bir-birinə qarışıb”

Xalq artisti, tanınmış kinorejissor Şeyx Əbdül Mahmudbəyov səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, 82 yaşlı sənətçi “Yeni Sabah”a açıqlamasında hazırda müalicə aldığını bildirib:

“Hazırda xəstəxanadayam, müalicə alıram, üstünüzə sağlıq. Ağadadaş Ağayevin “balta məsələsi” ilə gündəmə gələn “MedEra” xəstəxanasındayam. Bu gün birinci günümdür, müalicələr başlayıb. Hazırda qollarım sistemdədir, aləm bir-birinə qarışıb. Həkimlərin planına görə bir həftə burada qalmalıyam və müalicə olunmalıyam. Mənimlə maraqlanan, dua edən hər kəsə təşəkkür edirəm. İnşallah, qısa zamanda hər şey qaydasına düşər”.

Seçilən
39
8
konkret.az

10Mənbələr