AZ

Şeyx Əbdül səhhəti ilə bağlı açıqlama verdi

Xalq artisti, tanınmış kinorejissor və aktyor Şeyx Əbdül Mahmudov səhhətində yaranan problemlər səbəbi ilə ötən gün özəl xəstəxanaların birinə yerləşdirilib.

News365.az xəbər verir ki, 81 yaşlı sənətkar səhhəti ilə bağlı Oxu.Az-a açıqlama verib.

O qeyd edib ki, ev şəraitində müalicəyə cəhd etdiyi üçün səhhəti ağırlaşıb:

"Evdə müalicə alanda daha da işləri korladım. Vəziyyətim anidən ağırlaşdı, məni xəstəxanaya çatdırdılar. Dünəndən ancaq analizlər verirəm. Mədə-bağırsağımı yuyublar.

COVID infeksiyasından sonra bronxlarımda ciddi problem yaranıb, boğuluram. Bundan əlavə, məndə mədə xorası və prostat vəzinin iltihabı var. Sağ tərəfimdə quruma gedib, bədənimin sağ tərəfi işləmir. Sağ əlimlə adi stəkanı tuta bilmirəm, sol əlimlə tuturam. Bundan əlavə, belimdə və dizimdə ağrılar başlayıb. Bədənim quruyub, keyiyir. "Yeddi oğul istərəm" filmindən sonra belimdən travma almışam".

Seçilən
48
9
news365.az

10Mənbələr