AZ

Zakir Quliyevin milyonluq mülkləri, qalmaqallı təyinat və şübhəli tenderlər – Su Meliorasiya sistemində nələr baş verir?

Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyevin təkcə Sabirabad rayonunda yerləşən mülklərinin ümumi dəyərinin azı 10 milyon manat olduğu bildirilir.

NOCOMMENT.az xəbər verir ki, Zakir Quliyevin paytaxt Bakıda yerləşən çoxsaylı mülklərinin dəyərini isə dəqiq hesablamaq mümkün deyil.

Məlumata görə, Zakir Quliyev Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri olmuş Əhməd Əhmədzadənin rəhbərliyi dövründə qurumda müavin vəzifəsində çalışarkən əsas korrupsiya mexanizmlərinin icraçılarından biri kimi tanınıb.

Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yaradıldıqdan sonra Zakir Quliyev vəzifəsindən uzaqlaşdırılıb. Lakin bu uzaqlaşdırma uzunmüddətli olmayıb.

İddialara görə, ADSEA-nın aparat rəhbəri, ABU-nun saxta diplomlu “məzunu” kimi təqdim olunan Fuad Quliyev şəxsi maraqlarının təmin olunması şərti ilə Zakir Quliyevin yenidən Regional Su və Meliorasiya Xidmətinə rəis təyin edilməsinə nail olub.

Məhz bu təyinatdan sonra sistem daxilində daha bir diqqətçəkən proses başlayıb. Belə ki, Fuad Quliyevin adı ilə əlaqələndirilən “PDL” MMC Regional Su və Meliorasiya Xidmətinin keçirdiyi tenderlərin böyük əksəriyyətinin qalibi olub. Bildirilir ki, sözügedən şirkət vasitəsilə hər il azı 50 milyon manatlıq dövlət vəsaiti tenderlər yolu ilə “udulur”.

Tenderlərin hansı mexanizmlərlə və hansı şərtlərlə keçirildiyi isə ciddi suallar doğurur və araşdırmaya ehtiyac yaradır.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovdur.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azərbaycan Reallığı

Seçilən
8
4
nocomment.az

5Mənbələr