UEFA Çempionlar Liqasında Liqa mərhələsinin sonuncu – VIII turunun ən yaxşı oyunçusu müəyyənləşib.
NOCOMMENT.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada “Benfika”da çıxış edən Andreas Şelderup layiq görülüb.
Norveçli vinger azarkeşlər arasında keçirilən sorğuda “Liverpul”dan Aleksis Makallister, “Bayer”dən Malik Tillman və və “Çelsi”dən Joao Pedronu qabaqlayıb.
Qeyd edək ki, Andreas Şelderup “Benfika”nın “Real”ı 4:2 hesabı ilə məğlub etdiyi oyunda 2 qol vurub. /Apapsort.az /