Rusiya və Ukrayna ölən hərbçilərin meyitlərinin mübadiləsini aparıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Şamsail Saraliyev məlumat verib.
Onun sözlərinə görə, Rusiya tərəfi 1 000, Ukrayna isə 38 həlak olmuş əsgərin meyitini təhvil verib.
Xatırladaq ki, tərəflər meyitlərin mübadiləsini sonuncu dəfə 2025-ci il dekabrın 19-da həyata keçirmişdilər - Rusiya 1 003, Ukrayna isə 26 meyiti təhvil vermişdi.