AZ

Cənubi Qafqaz üzrə “3+3” formatında üçüncü görüşə hazırlıq davam edir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Moskva, 30 yanvar, AZƏRTAC

Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlər səviyyəli üçüncü görüş hazırlıq mərhələsindədir, hazırda onun keçiriləcəyi yer seçilir.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına müsahibəsində bildirib.

“Artıq nazirlər səviyyəsində iki görüş keçirilib, indi üçüncüsü hazırlanır. Gürcüstanlı qonşularımız hələlik iştirakdan çəkinirlər, lakin biz daim vurğulayırıq ki, onlar üçün qapı açıqdır”, – deyə o, qeyd edib.

Rusiya XİN başçısı təşəbbüsün Türkiyənin xarici işlər naziri Hakan Fidan tərəfindən fəal dəstəkləndiyinə diqqət yönəldib. Formatın əhəmiyyətini vurğulayan diplomat qeyd edib ki, bütün iştirakçılar Cənubi Qafqazda ümumi qonşulardır. Lavrov “3+3” platformasının yaradılmasında əsas təşəbbüskarların Türkiyə və Azərbaycanın olduğunu da xatırladıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
azertag.az

6Mənbələr