AZ

Bundestaq Almaniya ordusunun İraqdakı missiyasının mandatını bir il müddətinə uzadıb

Bundestaq (Almaniya parlamenti) İraqdakı vəziyyəti sabitləşdirmək üçün alman qoşunlarının yerləşdirilməsi mandatını daha bir il, 2027-ci ilin yanvar ayına qədər uzadıb.

APA xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat verib.

Agentliyin məlumatına görə, Xristian Demokrat İttifaqı (CDU/CSU), Almaniya Sosial Demokrat Partiyası (SPD) və müxalif Yaşıllar Partiyasından olan parlament üzvləri missiyanın uzadılmasının lehinə səs veriblər.

Qeyd edək ki, Almaniya hökuməti missiyanı 2015-ci ildə, İŞİD Suriyanı və İraqın bir hissəsini nəzarətə götürdüyü zaman başlatmışdır. Bundesver (Almaniya Silahlı Qüvvələri), digər məsələlərlə yanaşı, əsasən hərbi personal yetişdirməklə İraqa dəstək verir.

Seçilən
49
1
apa.az

2Mənbələr