AZ

ABŞ Kubaya neft tədarük edən ölkələrin mallarına rüsum tətbiq edə bilər

BAKI, 30 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Kubaya neft tədarük edən dövlətlərin məhsullarına qarşı gömrük rüsumlarının tətbiqini nəzərdə tutan icra sərəncamı imzalayıb.

Teleqraf xəbər verir ki, müvafiq sənəd Ağ Evin rəsmi saytında dərc olunub.

Sərəncamda bildirilir ki, ABŞ-yə idxal olunan və Kubaya birbaşa və ya dolayı yolla neft satan və ya başqa formada neft tədarük edən ölkələrdə istehsal edilən mallara əlavə advalor, yəni məhsulun dəyərinə proporsional gömrük rüsumları tətbiq oluna bilər. Həmin rüsumların konkret məbləği hələlik müəyyən edilməyib.

Sənəddə bu addımın əsaslandırılması kimi Kubanın Rusiya ilə əməkdaşlığı da göstərilir.

Qeyd edək ki, bu qərar Vaşinqtonun Havana üzərində iqtisadi təzyiq mexanizmlərini genişləndirmək niyyətindən xəbər verir və beynəlxalq ticarət münasibətlərində yeni gərginlik yarada bilər.

Seçilən
94
2
teleqraf.com

10Mənbələr