AZ

Tokioda içərisində 2,7 milyon dollar olan üç çamadan oğurlandı

Bakı. Trend:

Oğurluq hadisəsi ötən gün axşam Yaponiyanın digər yerləri kimi,cinayətkarlıq səviyyəsinin aşağı olması ilə tanınan Tokioda başverib.

Trend-in məlumatına görə, bu barədə "NHK" televiziya kanalıxəbər verib.

Məlumata əsasən, içində 420 milyon yen (təxminən 2,7 milyondollar) nağd pul olan üç çamadan oğurlanıb.

İstintaq prosesi zamanı bildirilib ki, işi nağd pul daşımaqlabağlı olan beş Yaponiya və Çin vətəndaşı çamadanları maşınayükləyirdilər. Elə bu zaman üç şəxs onlara yaxınlaşaraq gözyaşartıcı qaza bənzər bir sprey vurub və içində pul olançamadanları oğurlayıblar.

Bu hadisədən qısa müddət sonra, hadisə yerindən bir qədəraralıda naməlum şəxslər avtomobillə 50 yaşlı piyadanı vurublar,piyada isə ağır xəsarət almayıb. Polis hadisələr arasında əlaqəninmüəyyən edilməsi də daxil olmaqla, araşdırma aparır.

Seçilən
73
26
az.trend.az

10Mənbələr