AZ

Ekspertdən "yeni dollar" AÇIQLAMASI

"BƏƏ-nin milli valyutası olan dirhəm ABŞ dollarına möhkəm şəkildə bağlı olduğu üçün bəzən “yeni dollar” adlandırılır, lakin o, Amerika valyutasını tam əvəz edə bilməz".

Publika.az xəbər verir ki, bu barədə “Prime” agentliyinə “Opora Rossii”nin Moskva Şəhər Bölməsinin Maliyyə Bazarları Komissiyasının sədri Yeqor Diyaşov bildirib.

Onun sözlərinə görə, dirhəm etibarlı, lakin ekzotik valyutadır və əlavə investisiya aləti kimi istifadə oluna bilər. Bununla belə, onu dünya ehtiyat valyutalarının tam və ya yeganə əvəzedicisi kimi qəbul etmək olmaz.

Diyaşov qeyd edib ki, dirhəm tam şəkildə ABŞ dollarından asılıdır və buna görə də dollarla birlikdə avtomatik olaraq ucuzlaşır.

Seçilən
71
50
publika.az

10Mənbələr