AZ

Tramp Putindən Kiyevə bir həftə hücum etməməyi xahiş edib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putindən Ukraynanın paytaxtı Kiyevi bir həftə ərzində hədəfə almamağı xahiş etdiyini açıqlayıb.

 

Senzor.az bildirir ki, o, belə bir xahişi bölgədəki soyuq hava şəraiti ilə əlaqədar etdiyini söyləyib.

 

"Mən şəxsən Prezident Putindən bu kəskin soyuqlar zamanı Kiyevə, şəhər və qəsəbələrə bir həftə atəş açmamağı xahiş etdim", - deyə Tramp Ağ evdə keçirilən Nazirlər Kabinetinin iclasında bildirib. 

 

Dövlət başçısı əlavə edib ki, Putin buna razıdır.


Seçilən
8
4
senzor.az

2Mənbələr