AZ

Tramp: Çinin Kanadaya xokkey oynamağı da qadağan edəcək

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Böyük Britaniya və Kanadanın Çinlə iş görmək niyyəti ölkələrinə təhlükə yaratmaqdan başqa bir şey deyil.

Bizimyol.info xəbər verir ki, jurnalistlərlə görüş zamanı Amerika liderindən Böyük Britaniyanın Baş naziri Keir Starmerin Çinə səfəri ilə bağlı şərh verməsi istənilib.

"Bu, onlar üçün çox təhlükəlidir. Kanada üçün Çinlə iş görmək daha da təhlükəlidir. Kanada pis vəziyyətdədir, amma Çinə həll yolu kimi baxmaq olmaz. Mən Çini çox yaxşı tanıyıram, Prezident Si Cinpinqi tanıyıram, o, mənim dostumdur, amma bu (Çin) ciddi maneədir. Çinlə iş görmək niyyəti, onlara ölkələri üçün təhlükə yaratmaqdan başqa bir şey vəd etmir", - deyə Tramp bildirib.

O, həmçinin zarafatla Çinin hətta Kanadaya xokkey oynamağı qadağan edə biləcəyini də qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
50
bizimyol.info

10Mənbələr