AZ

Rusiyanın daha bir narahat gecəsi: 18 PUA vuruldu

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Rusiya bölgələri və Qara dəniz üzərində 18 Ukrayna dronu vurub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Gecə saatlarında Bryansk bölgəsi üzərində yeddi, Krım səmasında beş PUA zərərsizləşdirilib.

Qara dəniz üzərində Ukraynaya məxsus iki PUA məhv edilib. Eyni sayda PUA Rostov vilayəti üzərində ələ keçirilib.

Həştərxan və Kursk vilayətlərində bir Ukrayna pilotsuz təyyarəsi vurulub.

Seçilən
30
23
publika.az

10Mənbələr