AZ

Rusiya Əsədin Moskva­da yaşaması ilə bağlı açıqlama verib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Bəşər Əsədin Moskva­da olması yalnız humanitar səbəblərlə bağlıdır və onun Suriyanın daxili siyasi proseslərində heç bir rolu yoxdur.

AzerVoice xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov bu fikirləri Türkiyə mətbuatına verdiyi ilk üzbəüz müsahibədə səsləndirib. Lavrov “Türkiyə” qəzeti yazarı Sevil Nuriyyeva ilə söhbətində Əsədin Rusiyada qalmasına dair irəli sürülən hüquqi təqib tələblərinə münasibət bildirib.

Nazir qeyd edib ki, Bəşşar Əsəd ailəsi ilə birlikdə 2024-cü ilin dekabr ayında Suriyanın müxtəlif şəhərlərində silahlı toqquşmaların getdiyi, təhlükəsizlik risklərinin artdığı və ona qarşı açıq ölüm təhdidlərinin səsləndiyi bir vaxtda Rusiya Federasiyasına gəlib. Onun sözlərinə görə, sığınma qərarı tamamilə insani xarakter daşıyıb.

Sergey Lavrov vurğulayıb ki, Əsəd hazırda Suriyanın siyasi gündəmində iştirak etmir və ölkənin daxili məsələlərinə müdaxilə etmir. Rusiya xarici işlər nazirinin sözlərinə görə, bu məsələ uzun müddətdir Moskvanın gündəmində deyil və Rusiyanın tərəfdaşları da prosesin mahiyyətini yaxşı anlayır.

Seçilən
0
4
turkic.world

6Mənbələr