AZ

Güclü iPhone satışları hesabına Apple şirkətinin gəliri rekord qırıb

Maliyyə təqvimində 27 dekabr tarixində başa çatan üç aylıq dövrü birinci rüb kimi qəbul edən Apple-ın maliyyə hesabatına görə, şirkətin gəliri 16% artaraq 143,8 milyard dollara yüksəlib. Beləliklə, Apple-ın gəliri rekord səviyyəyə çatıb.

Marja xəbər verir ki, analitiklərin orta gözləntisi gəlirin 138,4 milyard dollar olacağı istiqamətində idi. Apple isə 10–12% aralığında artım proqnozlaşdırırdı.

Apple-ın baş icraçı direktoru Tim Cook açıqlamasında bildirib:

“iPhone, misli görünməmiş tələbat sayəsində bütün coğrafi seqmentlərdə bütün zamanların rekordunu qıraraq indiyə qədərki ən yaxşı rübünü keçirib.”

Bu göstəricilər Apple-ın gəlirinin təxminən yarısını təşkil edən ən yeni iPhone modelinin uğurunu əks etdirir. Xüsusilə cihazın yuxarı seqment versiyalarının populyar olması şirkətin satışlarını və mənfəətini daha da artırmağa kömək edib.

Həmçinin bu rəqəmlər, Apple-ın həmin rübdə 1,4 milyard dollarlıq mənfi təsir göstərəcəyi deyilən gömrük tarifələrinin öhdəsindən gələ bildiyinə işarə edir.

Açıqlamadan sonra Apple səhmləri 1% bahalaşıb.

iPhone satışından gəlir 85 milyard dolları keçib

Maliyyə ilinin ilk rübündə səhmbaşına mənfəət 2,84 dollar olub. Proqnoz 2,68 dollar səviyyəsində idi.

Apple-ın Çindəki gəliri illik müqayisədə 38% artaraq 25,5 milyard dollara yüksəlib.

iPhone satışlarından əldə edilən gəlir isə ümumilikdə 85,3 milyard dollar olaraq açıqlanıb və 78,3 milyard dollarlıq proqnozu üstələyib. Satışlar nəticə etibarilə ötən ilə nisbətən 23% artıb.

Apple maliyyə hesabatı Apple gəliri rekord səviyyə Apple birinci rüb maliyyə nəticələri Apple 2026 maliyyə göstəriciləri Apple gəlir artımı 16 faiz Apple 1438 milyard dollar gəlir Apple analitik gözləntilərini üstələdi Tim Cook açıqlaması iPhone satış rekordu iPhone gəliri 85 milyard dollar iPhone satışları artım Apple səhm qiyməti artdı Apple EPS 284 dollar Apple səhmbaşına mənfəət Apple Çin bazarı gəliri Apple Çində satış artımı Apple premium iPhone modelləri Apple qlobal satışlar Apple gömrük tarifləri təsiri Apple investor xəbərləri Apple maliyyə xəbərləri texnologiya şirkətləri maliyyə nəticələri Apple səhmləri bahalaşdı
Seçilən
68
50
marja.az

10Mənbələr