AZ

Boşanma iddialarına belə cavab verdi: "Ondan soruşun"

“Bizim boşandığımızı kim deyib? Kim deyibsə, ondan soruşun”.

Publika.az xəbər verir ki, bu sözləri aktyor Murad İsmayıl deyib.

O, “Tarixin bir günü” verilişində aktrisa Ülviyyə Xəlilbəyli ilə münasibətlərinə aydınlıq gətirib:

“Şəxsi həyatımla bağlı sualları cavablandırmıram. Ülviyyə xanımla birlikdə filmdə rol almışıq, bu, mənim ilk komediya filmimdir. Uzun müddətdir boşandığımız barədə şayiələr yayılır. İnsanlar da suallar verir. Məcbur qalıb danışmalı oldum. Biz düşmən deyilik, iki övladımız var. Digər mövzulara toxunmaq istəmirəm”.

Seçilən
31
50
publika.az

10Mənbələr