Bakı. Trend:
Son bir neçə gün ərzində ABŞ prezidenti Donald Tramp İranhakimiyyəti ilə danışıqlar aparıb.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri C-Spantelekanalına açıqlamasında bildirib.
ABŞ prezidentinə İran hakimiyyətinə hansı mesajı ötürdüyü iləbağlı sual verildikdə, iki şərt irəli sürdüyünü deyib: nüvəsilahının olmaması və etirazçıların qətlə yetirilməməsi.
Bundan əvvəl ABŞ prezidenti böyük Amerika qüvvələrinin İranistiqamətində hərəkət etdiyini bəyan etmişdi.
Xatırladaq ki, 2025-ci ilin iyununda ABŞ İranın üç nüvəobyektinə zərbələr endirib. ABŞ-ın müdafiə naziri Pit Heqsetbildirib ki, ölkə 75 yüksək dəqiqlikli sursatdan istifadə etməkləİranın nüvə proqramını tamamilə məhv edib. İran hakimiyyəti isənüvə obyektlərinin məhv edildiyini təkzib edir.