AZ

Aİ Şengenə girişi dəyişir: vizalar rəqəmsallaşır, nəzarət sərtləşir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Komissiyası Avropa İttifaqının tarixində ilk dəfə vahid viza strategiyasını təqdim edib. Yeni sənəd Şengen zonasına giriş qaydalarını köklü şəkildə dəyişir və 2026-cı ildən etibarən vizaların tam rəqəmsallaşdırılmasını, vizasız rejimə nəzarətin gücləndirilməsini və innovativ istedadların cəlbini nəzərdə tutur.

Strategiyanın əsas məqsədi Aİ-ni daha təhlükəsiz etmək, iqtisadiyyata töhfə verən şəxslər üçün girişi asanlaşdırmaq və Avropanın qlobal mövqeyini gücləndirməkdir.

Təhlükəsizlik və vizasız rejimə nəzarət: 2026-cı ildən vizasız ölkələr üçün yeni qiymətləndirmə sistemi tətbiq olunacaq; Vizasız rejimdən sui-istifadə halları daha sərt izlənəcək; Saxta sənədlərə görə Aİ miqyasında vahid sanksiyalar tətbiq ediləcək; Qanunsuz miqrantların geri qaytarılmasında əməkdaşlıq etməyən ölkələrə viza məhdudiyyətləri qoyula biləcək.

Rəqəmsal viza və səyahət: 2026-cı ilin sonundan ETIAS sistemi işə düşəcək; Viza müraciətləri tam onlayn formada aparılacaq; Etibarlı səyahətçilər və biznes nümayəndələri üçün uzunmüddətli, çoxgirişli vizalar veriləcək; 2028-ci ilədək Aİ-nin bütün məlumat bazaları bir-biri ilə inteqrasiya ediləcək.

İstedadların cəlbi: European Legal Gateway adlı xüsusi dəstək mərkəzləri yaradılacaq; Tələbə və tədqiqatçılar üçün əmək bazarına çıxış və biznes qurmaq daha asan olacaq; İnnovatorlar üçün uzunmüddətli viza və yaşayış icazələrinin verilməsi sürətləndiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
69
7
olaylar.az

6Mənbələr