AZ

“Sumqayıt”ın sabiq futbolçusu həbs edildi

İranlı futbolçu Peyman Keşavarzi Təbrizdə saxlanılıb.

İdmanxeber.az-ın məlumatına görə, hazırda İranın KIA klubunun futbolçusu olan Keşavarzinin hakimiyyət əleyhinə etiraz aksiyalarında iştirak etdiyi üçün cəzalandırıldığı bildirilir.

O, “Traktor”, “Sumqayıt”, “Kəpəz”, “Səbail”, “Karvan” və digər klublarda çıxış edib.

Yerli mənbələrin məlumatına görə, bu aksiyalar zamanı çoxsaylı dinc insan həlak olub, onların əksəriyyəti gənclərdir.

Seçilən
19
36
idmanxeber.az

10Mənbələr