AZ

Azərbaycanın qızıl ixracından gəlirləri ötən il kəskin artıb » AzadMedia.az


Ötən il Azərbaycan 326,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın yanvar sayında bildirilir.

Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 54% və ya 114,4 milyon ABŞ dolları çoxdur.

Təkcə ötən ilin dekabr ayında isə Azərbaycan 29,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 15,9% və ya 4 milyon ABŞ dolları çoxdur.
Seçilən
81
50
azadmedia.az

10Mənbələr