AZ

Mövsümi qrip: yoluxma riski, peyvənd və düzgün müalicə - Səhiyyə Nazirliyindən açıqlama

Bakı. Trend:

Payız–qış mövsümündə kəskin respirator virus infeksiyaları,xüsusilə də qrip xəstəliyi əhali arasında geniş yayılaraq həmuşaqlar, həm də böyüklər üçün sağlamlıq riski yaradır. Qrip virusubarədə cəmiyyətin düzgün və vaxtında məlumatlandırılması xüsusiəhəmiyyət daşıyır. Qripin əlamətləri, hansı yaş qruplarının dahaçox risk altında olması, xəstəlikdən qorunma yolları,peyvəndlənmənin rolu və həkim məsləhəti olmadan dərman qəbulununfəsadları ilə bağlı suallarımızı Səhiyyə Nazirliyi V.Y.Axundovadına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun infeksionistiArzu Pənahova cavablandırıb.

Trend müsahibəni təqdimedir:

- Arzu xanım, qrip virusu nədir, əlamətləri və simptomlarınanələr daxildir?

- Qrip virusu, tibb dilində influenza virusu — əsasən yuxarı vəaşağı tənəffüs yollarını zədələyən, yüksək yoluxduruculuğa malikkəskin virus infeksiyasıdır. Bu viruslar “Orthomyxoviridae”ailəsinə aiddir və əsasən A, B və C tiplərinə bölünür. İnsanlardamövsümi epidemiyalara səbəb olan əsas törədicilər A və B tipli qripviruslarıdır. Qrip virusunun ən diqqətçəkən xüsusiyyəti isə tez-tezmutasiyaya uğramasıdır. Məhz bu dəyişkənlik səbəbindən hər ilpayız–qış mövsümündə qrip yenidən yayılır və əvvəlki immunitetxəstəliyin tam qarşısını ala bilmir.

Qrip virusu əsasən hava-damcı yolu ilə yayılır. Yoluxmuş şəxsöskürərkən, asqırarkən və ya danışarkən virusu ətrafa yayır. Bundanəlavə, virusla çirklənmiş səthlərə təmas sonrası əllə burun, ağızvə ya gözlərə toxunmaq da yoluxmaya səbəb ola bilər. Xəstəliyininkubasiya dövrü adətən 1–4 gün təşkil edir. Xəstə, əlamətlərbaşlamazdan bir gün əvvəl yoluxdurucu ola bilər. Yoluxduruculuqadətən 5-7 gün davam edir. Uşaqlarda və immun sistemi zəifolanlarda bu müddət daha uzun ola bilər.

Qripin əlamətləri adətən kəskin və qəfil başlanğıcla özünügöstərir. Xəstəliyin ən xarakterik əlaməti yüksək hərarətdir. Bədəntemperaturu tez-tez 38–40°C-yə qədər yüksələ bilər. Hərarətləyanaşı ümumi halsızlıq, güclü yorğunluq hissi xəstələr tərəfindənən çox şikayət edilən əlamətlərdəndir. Əzələ və oynaqlarda ağrılarqrip üçün çox tipikdir və bəzən gündəlik hərəkətləri beləçətinləşdirir.
Qrip zamanı baş ağrısı adətən güclü və davamlı olur, xüsusilə alınvə göz arxası nahiyəsində hiss edilir. Tənəffüs yollarına aidəlamətlərə quru və tutmaşəkilli öskürək, boğazda yanma və ağrı,burun axıntısı və ya tutulması daxildir. Xəstələrdə tez-tez üşütmə,titrəmə və soyuqluq hissi müşahidə olunur.

Bəzi hallarda qrip yalnız tənəffüs yolları ilə məhdudlaşmır.İştahasızlıq, ürəkbulanma, qusma və qarın ağrısı kimi əlamətlər,xüsusilə uşaqlarda daha çox rast gəlinir. Həmçinin, gözlərdəqızartı, sulanma və işığa həssaslıq, nadir hallarda isə səs batmasımüşahidə olunur. Xəstəlik dövründə diqqət və yaddaş zəifləməsi,yuxululuq yarana bilər.
Qripin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, o, adisoyuqdəymə ilə müqayisədə daha ağır keçir, əlamətlər qəfil başlayırvə ümumi vəziyyəti ciddi şəkildə pisləşdirir. Xüsusilə uşaqlarda,yaşlılarda, hamilə qadınlarda və xroniki xəstəlikləri olanşəxslərdə qrip daha ağır gedişata və ciddi ağırlaşmalara səbəb olabilər.

Bu səbəbdən qrip əlamətləri başladıqda vaxtında həkimə müraciət,özünü təcrid etmək və düzgün müalicə tədbirlərinə başlamaq,xəstəliyin yayılmasının və ağırlaşmaların qarşısının alınmasındamühüm rol oynayır.

- Hansı yaş qrupunda qripə yoluxma hallarına daha çox rastgəlinir?

- Qrip elə bir infeksiyadır ki, yalnız müəyyən yaş qrupunaməxsus deyil və həyatın istənilən dövründə rast gəlinə bilər.Bununla belə, epidemioloji müşahidələr göstərir ki, bütün yaşqrupları arasında yoluxma tezliyi eyni deyil və bəzi qruplar həmdaha tez yoluxur, xəstəliyi daha ağır keçirir.

Ən yüksək yoluxma göstəriciləri adətən uşaqlar arasında,xüsusilə məktəbəqədər yaş dövründə (0–5 yaş) və məktəb yaşlıuşaqlarda (6–17 yaş) qeydə alınır. Bunun əsas səbəbi isə uşaqlarınkollektiv mühitdə o cümlədən, uşaq bağçalarında və məktəblərdə sıxtəmasda olmaları, gigiyenik qaydalara riayət edə bilməmələri vəimmun sistemlərinin hələ tam formalaşmamasıdır. Uşaqlar qripvirusuna daha asanlıqla yoluxur və eyni zamanda virusun cəmiyyətdəyayılmasında əsas “ötürücü zəncir” rolunu oynayırlar.

Yaşlı insanlar, xüsusilə 65 yaşdan yuxarı şəxslər, qripə yoluxmabaxımından deyil, daha çox ağır gediş və fəsadlar riski baxımındanön plandadır. Bu yaş qrupunda qripin daha ağır keçməsinin səbəbiimmun sisteminin zəifləməsi, xroniki ürək-damar, ağciyər, şəkərlidiabet və digər yanaşı xəstəliklərin mövcudluğu ilə əlaqədardır.Yaşlılarda qrip pnevmoniya, xroniki xəstəliklərin kəskinləşməsi,ürək və tənəffüs çatışmazlığı kimi ciddi ağırlaşmalarla müşayiətoluna bilər.

Hamilə qadınlar ayrıca risk qrupuna daxildir. Hamiləlik dövründəimmun sistemində baş verən fizioloji dəyişikliklər qadınlarıninfeksiyalara qarşı həssaslığını artırır. Bu səbəbdən hamiləqadınlarda qrip həm ana, həm də döl üçün təhlükəli ola bilər vədaha ciddi nəzarət tələb edir.

Gənclər və orta yaşlı insanlar adətən qripi daha yüngülkeçirirlər, lakin onların yoluxma riski həyat tərzi ilə birbaşaəlaqəlidir. Xüsusilə. ictimai nəqliyyatdan tez-tez istifadəedənlər, ofis və kollektiv mühitdə çalışanlar, təhsil, səhiyyə,xidmət sektorunda işləyən şəxslər virusla daha çox təmasdaolduqları üçün yoluxma ehtimalı yüksək olur.

Bundan əlavə, istənilən yaşda olan, lakin xroniki xəstəliklərivə ya immun çatışmazlığı olan şəxslər qripə daha tez yoluxa vəxəstəliyi daha ağır keçirə bilərlər. Buraya astma, xroniki ağciyər,ürək, böyrək və qaraciyər xəstəlikləri, şəkərli diabet vəimmunosupressiv müalicə alan şəxslər daxildir.
Bu səbəbdən risk qruplarının qorunması, xüsusilə də vaxtındapeyvənd olunması və profilaktik tədbirlərə əməl edilməsi qripinyayılmasının qarşısını almaqda əsas rol oynayır.

- Qripdən qorunmaq üçün insanlar daha çox nəyə diqqətetməlidirlər?

- Qripdən qorunma təkcə fərdi məsuliyyət deyil, eyni zamandaictimai sağlamlığın qorunması deməkdir. Qrip hava-damcı yolu iləçox sürətlə yayıldığı üçün insanlar gündəlik həyatlarında bir sırasadə, lakin effektiv qaydalara diqqət etməlidirlər.

Ən vacib qoruyucu tədbirlərdən biri vaxtında peyvənd olunmaqdır.Qrip virusu tez-tez dəyişdiyi üçün hər il mövsümə uyğun yenilənmişpeyvəndlər hazırlanır. Xüsusilə uşaqlar, yaşlılar, hamilə qadınlar,xroniki xəstəliyi və immun sistemi zəif olan şəxslər üçün peyvəndqripin ağır keçməsinin və fəsadların qarşısının alınmasında əsasrol oynayır.

Gündəlik gigiyena qaydalarına riayət etmək qripdən qorunmadamühüm əhəmiyyət daşıyır. Əllərin sabunla tez-tez yuyulması,xüsusilə ictimai yerlərdən sonra, virusun orqanizmə daxil olmasınınqarşısını alır. Əllər yuyulmadıqda gözlərə, buruna və ağızatoxunmaqdan çəkinmək lazımdır. Bu, virusun bədənə keçməsinin əngeniş yayılmış yollarından biridir.

Qripin yayılmasının qarşısını almaq üçün maskadan düzgünistifadə xüsusilə, əlamətləri olan şəxslər üçün vacibdir. Öskürəkvə asqırma zamanı ağız və burnun salfetlə və ya dirsəklə örtülməsirespirator gigiyenanın əsas qaydalarındandır. İstifadə olunmuşsalfetlər dərhal atılmalı və əllər təmizlənməlidir.

İnsanların kütləvi toplaşdığı, qapalı və havalandırılması zəifolan məkanlardan mümkün qədər uzaq durmaq tövsiyə olunur. Xüsusilə,payız–qış mövsümündə ictimai nəqliyyatda, ticarət mərkəzlərində vətədbirlərdə uzun müddət qalmaq yoluxma riskini artırır. Mümkünolduqda sosial məsafənin qorunması önəmlidir.

Qrip əlamətləri olan şəxslərin evdə qalması və özünü təcridetməsi həm onların tez sağalması, həm də virusun başqalarınaötürülməsinin qarşısının alınması baxımından vacibdir. Hərarət,boğaz ağrısı, öskürək və halsızlıq kimi əlamətlər olduqda ictimaiyerlərə getmək məsləhət görülmür.

Orqanizmin ümumi müqavimətini gücləndirmək də qorunmada mühümrol oynayır. Düzgün və balanslı qidalanma, kifayət qədər mayeqəbulu, vitamin və minerallarla zəngin qidalar, normal yuxu rejimivə fiziki aktivlik immun sisteminin güclənməsinə kömək edir.Xroniki stress və yuxusuzluq isə immun müdafiəni zəiflədir vəyoluxma riskini artırır.

Nəticə olaraq, qripdən qorunmanın əsas prinsipi peyvənd,gigiyena, məsuliyyətli davranış və sağlam həyat tərzinin birgətətbiqidir. Bu tədbirlərə əməl etməklə həm öz sağlamlığımızı, həmdə ətrafımızdakı insanların sağlamlığını qorumaq mümkündür.

- Həkim məsləhəti olmadan qəbul edilən dərman və antibiotiklərinsağlamlığa hansı mənfi təsirləri var?

- Həkim məsləhəti olmadan dərman, xüsusilə də antibiotik qəbuletmək ilk baxışdan “zərərsiz”bir addım kimi görünə bilər. Ammatibbi baxımdan bu davranış sağlamlıq üçün ciddi və bəzən geridönməz fəsadlara yol aça bilər. Burada əsas problem ondan ibarətdirki, dərmanlar “ümumi təsirli” deyil, konkret diaqnoz, doza vəmüddət tələb edən vasitələrdir.

Ən böyük risklərdən biri antibiotiklərə qarşı davamlılığın(rezistentliyin) yaranmasıdır. Antibiotik həkim göstərişi olmadanvə ya düzgün dozada qəbul edilmədikdə bakteriyaları tam məhv etmir,əksinə onlara uyğunlaşır. Nəticədə gələcəkdə eyni infeksiya zamanıhəmin antibiotik artıq təsir etmir. Bu, təkcə bir insan üçün deyil,cəmiyyət üçün də təhlükəlidir, çünki davamlı bakteriyalar yayılırvə müalicəsi daha çətin infeksiyalar meydana çıxır.

Antibiotiklərin başqa bir mühüm mənfi təsiri orqanizmin normalmikroflorasını pozmasıdır. İnsan bədənində, xüsusilə bağırsaqlarda,immun sisteminin düzgün işləməsi üçün vacib olan “faydalıbakteriyalar” yaşayır. Antibiotiklər isə zərərli və faydalıbakteriyalar arasında fərq qoymur. Nəticədə ishal, qarın ağrısı,köp, göbələk infeksiyaları və immun zəiflik yarana bilər.Uzunmüddətli və nəzarətsiz antibiotik qəbulu bağırsaqmikrobiotasını ciddi şəkildə zədələyir.

Həkim məsləhəti olmadan qəbul edilən dərmanlar qaraciyər vəböyrəklərə toksik təsir göstərə bilər. Bir çox dərmanlar məhz buorqanlar vasitəsilə parçalanır və orqanizmdən xaric olunur. Dozanındüzgün seçilməməsi və ya lazımsız dərman qəbulu qaraciyərfermentlərinin yüksəlməsinə, böyrək funksiyasının pozulmasına vəhətta dərman mənşəli hepatitə səbəb ola bilər.

Digər mühüm risk yan təsirlər və allergik reaksiyalardır. Bəziinsanlar müəyyən dərmanlara qarşı həssas ola bilər. Həkim nəzarətiolmadan qəbul edilən dərmanlar dəri səpgisi, qaşınma, şişkinlik,tənəffüs çətinliyi və ağır hallarda anafilaktik şok kimi həyatitəhlükəli vəziyyətlər yarada bilər. Xüsusilə antibiotiklər vəağrıkəsicilər bu baxımdan risklidir.

Özbaşına dərman qəbulu xəstəliyin əlamətlərini müvəqqətigizlədə, lakin əsas səbəbi aradan qaldırmaya bilər. Bu isə düzgündiaqnozun gecikməsinə, xəstəliyin ağırlaşmasına və daha mürəkkəbmüalicəyə ehtiyac yaranmasına səbəb olur.

Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, virusxəstəliklərində antibiotiklərin heç bir təsiri yoxdur. Qrip,soyuqdəymə və digər respirator virus infeksiyalarında antibiotikqəbulu nəinki faydasızdır, hətta zərərlidir. Bu, həm immun sistemizəiflədir, həm də gələcəkdə həqiqətən antibiotikə ehtiyac olduqdaonun təsirsiz qalmasına səbəb olur.

Uşaqlarda, yaşlılarda, hamilə qadınlarda və xroniki xəstəlikləriolan şəxslərdə özbaşına dərman qəbulu xüsusilə təhlükəlidir. Buqruplarda dərmanların təsiri daha fərqli ola bilər və ağır fəsadlarriski daha yüksəkdir.

Nəticə olaraq, dərman və antibiotiklər “özbaşına istifadə edilənvasitə” deyil, müalicə alətidir və yalnız həkim tərəfindən düzgünqiymətləndirmədən sonra təyin olunmalıdır. Sağlamlığın qorunmasınınən düzgün yolu simptomlara əsasən deyil, elmi əsaslı tibbiməsləhətə əsaslanaraq hərəkət etməkdir.

- Mövsümi qripdən qorunmaq üçün nələri məsləhət görərdiniz?

- Mövsümi qripdən qorunmaq üçün profilaktik tədbirlər gündəlikhəyat tərzindən başlayaraq, səhhəti daha davamlı qoruyan stratejiaddımlara qədər uzanır. Bu tədbirlər arasında qripə qarşı vaxtındapeyvənd olunmaq yer alır ki, Səhiyyə Nazirliyi bu mövzuya xüsusidiqqət verir.

Bu mövsüm üçün Səhiyyə Nazirliyi təhlükəsiz və yüksəkkeyfiyyətli qrip əleyhinə vaksinləri Azərbaycana gətirib vəvaksinasiya kampaniyasına ötən ilin oktyabr ayından etibarənbaşlanılıb. Bu vaksinlər Fransada istehsal olunub və yüksəkstandartlara cavab verən preparatlardır. Məqsəd qrip virusununpayız–qış mövsümündə yayılmasını azaltmaq və cəmiyyətinsağlamlığını qorumaqdır.

Peyvənd, xüsusilə aşağıdakı qruplar üçün əsas qoruyucu tədbirsayılır: səhiyyə işçiləri, hamilə qadınlar, 65 yaş və yuxarı yaşhəddi xroniki xəstəlikləri olan şəxslər. Bu qruplarda qrip dahaağır gedişata səbəb ola biləcəyindən, vaxtında peyvənd olunmaqinfeksiyanın qarşısının alınmasında çox vacibdir.

Peyvənd bədənin immun sistemini qrip virusuna qarşı hazırlayırvə xəstəliyə yoluxma ehtimalını azaldır. Təcrübədə peyvənd olunmuşşəxslərdə qripin ağırlaşma riski, xəstəxanaya düşmə vəkomplikasiyalar xeyli aşağı olur. Təkrar mutasiya edən qripvirusuna qarşı hər il yenilənmiş peyvəndlərin tətbiqi immunitetimövsümə uyğunlaşdırır və qorunmanı gücləndirir. Bu, qrip virusunundəyişkən təbiətinə qarşı ən effektiv müdafiədir.

Vaksinasiya bütün dövlət tibb müəssisələrində, yaşayış və ya işyeri üzrə ambulator-poliklinik xidmət göstərən müəssisələrdə pulsuzaparılır. Bu, peyvəndlənmənin əlçatan olması və geniş əhaliseqmentinin qorunması üçün vacib bir addımdır.

Qripdən qorunmaq yalnız peyvəndlə məhdudlaşmır. Əllərin tez-tezyuyulması, oxşar virus infeksiyalarında maska istifadəsi, sosialməsafəni qoruma və xəstə insanlarla yaxın təmasdan çəkinmək kimigündəlik gigiyena qaydaları da infeksiyanın yayılmasını azaldır.Peyvəndlənmə bu tədbirlərlə birlikdə tətbiq olunduqda qripdənqorunmanın təsiri daha yüksək olur.

Qrip mövsümündə peyvənd strategiyası yalnız fərdi sağlamlığındeyil, ümumi ictimai sağlamlığın da qorunmasına xidmət edən ilk vəəsas addımdır.

Məqalədə:
Seçilən
24
46
az.trend.az

10Mənbələr