AZ

Vernerin MLS klubuna keçidi rəsmiləşdi

“Leypsiq”dən ayrılan Timo Verner ABŞ-ın “San-Xose Erksveyks” komandasına keçib.

Msport.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Almaniyalı futbolçunun müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Verner azad agent kimi transfer olunub.  29 yaşlı hücumçu klubda 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Ştutqart”ın yetirməsi olan forvard karyerası ərzində “Çelsi” və “Tottenhem” (icarə) kimi klublarda da çıxış edib.

Seçilən
1
4
msport.az

5Mənbələr