AZ

Avropa Liqasında əsas mərhələnin ən uğursuz komandası bəlli olub

Bakı, 30 yanvar, AZƏRTAC

UEFA Avropa Liqasının əsas mərhələsinin ən uğursuz komandası müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, İsrailin “Makkabi” (Təl-Əviv) kollektivi olub.

Təl-Əviv klubu turnirdə keçirdiyi səkkiz görüşdən cəmi birində heç-heçə edib,digər matçlarda isə meydandan xalsız ayrılıb.

Paytaxt təmsilçisi bu oyunlarda öz qapısından 22 top buraxıb, cəmi 2 qol vurub.

“Makkabi” liqa mərhələsini 1 xalla sonuncu – 36-cı yerdə başa vurub.

Seçilən
57
18
azertag.az

10Mənbələr