AZ

Məhkəmə qadına 15 gün ardıcıl üzr istəmə cəzası verdi

Azpost saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Çində bir qadın sosial şəbəkələrdə həyat yoldaşının xəyanət etdiyini iddia edərək şəxsi məlumatlarını yaydığı üçün məhkəmə qərarı ilə ictimai şəkildə üzr istəməyə məcbur edilib.

AzPost xəbər verir ki,  hadisə Henan əyalətində baş verib. Niu Na adlı qadın ərinin ona xəyanət etdiyini düşünərək sosial şəbəkələrdə paylaşımlar edib, həmin paylaşımlarda kişi və onun iddia edilən münasibətdə olduğu qadınla bağlı sərt və istehzalı ifadələrə yer verib. Paylaşımlarda kişinin iş yeri və şəxsi həyatına dair məlumatlar da açıqlanıb.

Kişi məhkəməyə müraciət edərək nüfuzunun zədələndiyini bildirib. Məhkəmə qadının paylaşımlarının yalnız ərinə deyil, üçüncü şəxsə də mənəvi zərər vurduğunu müəyyən edib. Nəticədə məhkəmə qərarı ilə Niu Na 15 gün ərzində sosial şəbəkələrdə üzrxahlıq mətnləri paylaşmalı olub. Həmin mətnlərin əvvəlcədən yoxlanılacağı və üzrxahlığın həm həyat yoldaşına, həm də adı hallanan qadına ünvanlanacağı bildirilib.

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
50
azpost.info

10Mənbələr