AZ

Tramp ABŞ-də fövqəladə vəziyyət elan etdi


ABŞ Prezidenti Donald Tramp Kubanın milli təhlükəsizlik üçün yaratdığı təhdidlə əladədar ABŞ-də fövqəladə vəziyyət elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat ABŞ Prezidentinin imzaladığı fərmanda öz əksini tapıb.
Sənədə görə, Kuba hökumətinin apardığı siyasət ABŞ-nin milli təhlükəsizliyinə və xarici siyasətinə birbaşa təhdid yaradır.
Bu baxımdan, sənəd, Amerika Prezidentinə Kubaya birbaşa və ya dolayı yolla neft tədarük edən ölkələrdən gələn mallara tarif tətbiq etmək səlahiyyəti verir.
Fərmanda qeyd edilir ki, bu rüsumların potensial tətbiqi üçün əsaslardan biri Kuba hökumətinin ABŞ-yə zərər verən və onu təhdid edən hərəkətləridir. Vaşinqton administrasiyasının fikrincə, Havana ABŞ-yə düşmən olan tərəflərlə həmrəydir.
Fərmana əsasən, bu ölkələr Rusiya, Çin və İranı da əhatə edir.
Sənədə görə, Rusiyanın ən böyük xarici kəşfiyyat radar obyekti Kubada yerləşir və bu obyekt ABŞ-nin milli təhlükəsizliyi ilə bağlı məxfi məlumatları oğurlamaq üçün istifadə olunur. Sənəddə hansı obyektdən bəhs edildiyi göstərilmir.
Fərmanda həmçinin qeyd edilir ki, Kuba kəşfiyyat və müdafiə sahələrində Çinlə də sıx əməkdaşlıq qurmaqda davam edir.
Seçilən
65
8
yeniavaz.com

10Mənbələr