AZ

İDQ Haaretz-in Qəzza ilə bağlı iddiasını təkzib etdi- ÖZƏL 

İsrail Müdafiə Qüvvələri (İDQ) "Haaretz" qəzetində dərc olunan və İsrail ordusunun Qəzzada 70 min fələstinlinin həlak olması ilə bağlı rəqəmləri etiraf etdiyi iddiasını təkzib edib.
İDQ-nin rəsmi nümayəndəsi Nadav Şoşani bildirib ki, qəzetdə yayımlanan məlumatlar həqiqətə uyğun deyil. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, "Haaretz"də yer alan rəqəmlər İsrail Müdafiə Qüvvələrinin rəsmi məlumatları ilə üst-üstə düşmür.
"İDQ açıqlayır ki, dərc olunan rəqəmlər ordunun rəsmi statistikasına uyğun deyil. Bu məsələ ilə bağlı hər hansı rəsmi bəyanat yalnız İDQ-nin rəsmi kanalları vasitəsilə yayılacaq", - deyə Nadav Şoşani X sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, yanvarın 29-da "Haaretz" qəzeti İsrail ordusunun iki il davam edən müharibə ərzində Qəzza sektorunda 70 min fələstinlinin öldüyünü faktiki olaraq etiraf etdiyini iddia edən yazı dərc edib. Lakin məqalədə İsrail ordusunun mətbuat xidmətinə istinad olunmayıb. Nəşr bunu son aylarda İsrailin tanınmış rəsmi şəxslərinin Fələstin Səhiyyə Nazirliyinin açıqladığı itki rəqəmlərini açıq şəkildə təkzib etməməsi ilə əsaslandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
50
olaylar.az

10Mənbələr