AZ

Bu şəxslərin beyninə çip qoyulacaq

Milyarder İlon Mask tərəfindən qurulan neyrotexnologiya şirkəti Neuralink beyin implant texnologiyası üçün insan sınaqlarının əhatə dairəsini genişləndirir.

Publika.az xəbər verir ki, şirkət hazırda 21 könüllünün dünya miqyasında aparılan klinik sınaqlarda iştirak etdiyini açıqlanıb.

İyun ayında Neuralink rəhbərliyi 7 nəfərin artıq beyin çipləri aldığını və Kaliforniyada yerləşən şirkətin Kanada, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirliklərində cihazı sınaqdan keçirmək üçün lazımi təsdiqləri əldə etdiyini bildirib.

Şirkət açıqlamasında bildirib ki, hazırda dünya miqyasında aparılan sınaqlarda iştirak edən 21 iştirakçı var.

2024-cü ilin yanvar ayında İlon Mask ilk insanın Neuralink implantını aldığını və sağalma prosesinin müsbət şəkildə irəlilədiyini açıqlamışdı. Mask ilkin məlumatların "olduqca ümidverici" olduğunu söyləmişdi. Neuralink tərəfindən hazırlanan və "Telepatiya" adlanan beyin-kompüter interfeysi əsasən üzvlərindən istifadə etmək qabiliyyətini itirmiş şəxslər üçün nəzərdə tutulub. Məqsəd istifadəçilərə yalnız düşüncələrindən istifadə edərək kompüter və smartfonlar kimi rəqəmsal cihazları idarə etməyə imkan yaratmaqdır.

Seçilən
41
publika.az

1Mənbələr