AZ

“Siyasi mübarizəni sağlam şəkildə aparmaq lazımdır” Razi Nurullayev

Gununsesi saytına istinadən ain.az xəbər verir.

“İnsanları təhqir etmək yolverilməzdir. Belə davranış cəmiyyətə pis mesajlar ötürür, insanları bölür və müxtəlif yollarla onlara psixoloji təsir göstərir. Buna görə də bu yol yolverilməzdir”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib:

“Biz Azərbaycan dövlətini qorumağı bacarmalıyıq, bu torpaq hamının payıdır. Əgər hər hansı bir məmur, kiçik və ya böyük vəzifəli şəxs kimsəni incidibsə, bu Azərbaycan xalqına qarşı atılmış bir addımdır.

Bu gün biz bir olmalı, sıx birləşməliyik. Eyni zamanda Prezident İlham Əliyevin nüfuzunu qorumaq vacibdir. Siyasi mübarizəni isə sağlam şəkildəaparmaq lazımdır. Təhqir və söyüşə yol vermək olmaz”.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
31
icma.az

10Mənbələr