AZ

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Azərbaycanda son illər geniş yayılmağa başlayan Çin istehsalı avtomobillərlə bağlı narazılıqlar səngimir. Müasir dizaynı və nisbətən əlçatan qiyməti ilə diqqət çəkən bu nəqliyyat vasitələri texniki etibarlılıq və dözümlülük baxımından tez-tez tənqid hədəfinə çevrilir.

Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan növbəti görüntülər də bu narazılıqları bir daha gündəmə gətirib. Videoda usta tərəfindən “Changan” markalı avtomobilin qapısının təmiri zamanı çəkilən kadrlar əks olunub. Görüntülərdə avtomobilin qapısına yüngül toxunuş belə metal konstruksiyanın asanlıqla əyilməsinə səbəb olur. Usta bu vəziyyəti istehza ilə “vanna kimi əyilir” ifadəsi ilə şərh edib.

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur – ŞİKAYƏT - VİDEO

Mütəxəssislərin fikrincə, kuzov elementlərində istifadə olunan nazik metal və zəif möhkəmləndirmə avtomobilin təhlükəsizlik və uzunömürlülük göstəricilərinə birbaşa təsir edir. Bu cür hallar isə həm gündəlik istismar zamanı, həm də yol-nəqliyyat hadisələrində ciddi risk yarada bilər.

Sosial şəbəkə istifadəçiləri də görüntülərə münasibət bildirərək, Çin istehsalı avtomobillərin real şəraitdə özünü doğrultmadığını, xüsusilə də kuzov və mexaniki hissələrdə keyfiyyət problemlərinin açıq şəkildə hiss olunduğunu qeyd edirlər. Müzakirələr fonunda sürücülər avtomobil alarkən yalnız dizayna deyil, texniki göstəricilərə və təhlükəsizlik faktorlarına da diqqət yetirilməsinin vacibliyini vurğulayırlar.

Eltac Zülfüqaroğlu

Oxunub 50

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
10
avtosfer.az

10Mənbələr