AZ

Bloku çökən binada təmir işləri aparılır - Yenilənib 

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində çökmüş blokla bağlı tədbir görülür...

Bu barədə Suraxanı Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyindən bildirilib.

Qeyd olunub ki, hadisə bir neçə gün əvvəl baş verib:

"Birliyin əməkdaşları tərəfindən ərazidə sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülüb. Hazırda təmir-bərpa işləri aparılır".

***

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "V" yaşayış sahəsində binaların birində birinci mərtəbədə blok çöküb.

Poliqon xəbər verir ki, bu barədə Oxu.az-a sakinlər müraciət ediblər.

Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb, yenidən aşağı düşməlidirlər.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.

Poliqon.info

Seçilən
43
44
poliqon.info

10Mənbələr