AZ

Müdafiə nazirindən İrana xəbərdarlıq: Ordu hazırdır, sözə qulaq asın!

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın "İrana doğru çox güclü hərbi donanmamız gedir. Ümid edirəm, bundan istifadə etməyəcəyik", - deyə İrana xəbərdarlığının "mürəkkəbi qurumamış" Pentaqon rəhbəri Pit Heqset Tehran rejiminə "barmaq silkələyib".

Mia.az xarici mətbuata istinadla bildirir ki,  o, Amerika ordusunun Donald Trampın İranla bağlı verdiyi istənilən əmri yerinə yetirməyə hazır olduğuu bəyan eidb.

 ABŞ Müdafiə naziri bildirib ki, İran Trampın xəbərdarlığlndan dərs almalıdır: "Prezident Donald Tramp bizdən - Amerikanın qüdrətli ordusundann nə gözləyirsə, biz buna hazırıq. Biz bu gözləntini Venesuelada da mükəmməl icra etməklə nəyə qadir olduğumuzu göstərdik. Bu, dünyanın hər bir paytaxtına bir mesajdır. Hər kəs Prezident Tramp danışanda buna ciddi yanaşılmalıdır. İran rejimi qulaq asmalı, nəticə çıxarmalıdır".

Xatırladaq ki, ABŞ mediasına görə, Amerikann qırıcılar və müasir silahlarla zəngin olan nəhəng donanması Süveyş kanalından keçərək Hörmüz boğazına doğru hərəkətlənib.

İran isə ABŞ-a "ədaətli dialoq" təklifi edir: "Əgər bu olmayacaqsa, ölkəmizi müdafiə edəcəyik"

Bu arada İran rəhbərliyinin içində olduğu təyyərənin ötən gecə Moskvaya uçması xəbəri yayılıb. İddia olunur ki, bu, ABŞ-ın İran rəhbərliyini aradan götürmək planına qarşı alınmış tədbirdir

Tahir Şəlvəli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
58
50
mia.az

10Mənbələr