AZ

Rəsmi Moskva 2025 ci ildə Ukrayna ilə müharibədə ölən rusiyalı dinc sakinlərin sayını açıqlayıb

Apa.az saytına istinadən ain.az xəbər verir.

2025-ci ildə Ukraynanın hücumları nəticəsində Rusiyada 1000-dən çox mülki şəxs həlak olub.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

"Ümumilikdə, 2025-ci ildə Ukrayna silahlı qruplaşmaları tərəfindən təşkil edilən hücumların, terror aktlarının və məhkəməsiz edamların qurbanı ən azı 6483 mülki şəxs olub. Bunlardan ən azı 5418-i yaralanıb və ya şikəst olub. Ən azı 1065 mülki şəxs həlak olub", - rusiyalı diplomat qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
37
apa.az

10Mənbələr