AZ

Türkiyəyə səfər edən azərbaycanlıların sayı 3% dən çox azalıb

ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

2025-ci ildə Türkiyəyə 927 min 206 nəfər azərbaycanlı səfər edib.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.

Məlumata görə, 2025-ci ildə Türkiyəyə gedən azərbaycanlıların sayı 2024-cü illə müqayisədə 3,3% azalıb. Təkcə dekabr ayında isə 64 min 231 nəfər (1,23% azalma) azərbaycanlı bu ölkəyə səfər edib.

Qeyd edək ki, 2024-cü ildə qonşu ölkəyə səfər edən azərbaycanlıların sayında əvvəlki ilə nisbətən artım müşahidə edilib. Belə ki, həmin il Türkiyəyə səfər edən milliyətcə azərbaycanlı vətəndaşların sayı 2023-cü illə müqayisədə 11,78% artıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
25
icma.az

10Mənbələr