ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini dəyişməz saxlamasından sonra rekord həddə çatan qızıl və gümüş qiymətləri bir gecədə kəskin şəkildə düşüb.
Publika.az xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 5159 dollara enib.
Türkiyəli iqtisadçı Filiz Eryılmaz bir neçə gün davam edən qiymət artımından sonra ani enmənin səbəblərini açıqlayıb.
"Bu ani satış dalğasında, "Microsoft"un maliyyə hesabatından sonra texnologiya səhmlərində yaşanan sarsıntının likvidlik ehtiyacı yaratması və bunun nəticəsində investorları əmtəə mövqelərini bağlamağa məcbur etməsi mühüm rol oynamış kimi görünür. Bundan əlavə, dünən Donald Tramp ilə Kevin Uorş görüşünü öncədən bilənlərin “şahin mövqeli FED sədri gəlir” qiymətləndirməsi aparması da bu prosesi hərəkətə gətirən amillər arasında ola bilər", - deyə o qeyd edib.