AZ

Tarix bəhanədir, hədəf başqadır: Kim və niyə türk kimliyini mübahisəyə çevirir?

“Son zamanlar çox güman ki, xarici təsirlərə məruz qalan bəzi ictimai-siyasi şəxslər tərəfindən cəmiyyətimizi çaşdırmaq və parçalamaq məqsədi güdən açıqlamalar verilməkdədir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, ölkəmizə qarşı dezinformasiya siyasətinin gücləndiyi vaxtda milli, etnik və dini amilləri önə çıxararaq bunu diskussiyaya çevirənlər şübhəsiz bilərəkdən bu addımı atırlar:

“Çünki hazırda region olaraq çox məsuliyyətli və gələcək onillikləri müəyyən edən mərhələyə qədəm qoyuruq və indi, dil, etnik qrup, din və sair kimi mövzuların yeri deyil. Həmrəyliyin və gələcəyə baxmağın zamanıdır. Təkcə son bir neçə ay ərzində yersiz şəkildə bu kimi mövzuların ortalığa atılması düşmənlərin dəyirmanına su tökmək deməkdir”.

Müsahibimiz qeyd edib ki, maraqlı məqamlardan biri son bir neçə gündə illər əvvəl Zərduşt Əlizadənin tariximizlə bağlı müsahibəsinin yenidən müzakirə mövzusuna çevrilməsidir. Dediyinə görə, təbii ki, Zərdüşt Əlizadənin və onun kimilərin bu mövzuları müzakirəyə çıxarması qonşu dövlətlərin təbliğat maşınına “töhfəsi”dir: “Azərbaycanlıların etnik bazası Oğuz türkləridir. Bu baza üzərində müasir “azərbaycanlı” xalqı formalaşıb. Zərdüşt Əlizadə etnik əsasın rolunu zəiflədir, bu isə etnologiyada qəbul olunmur. Türklər  Sovet və İran dövlətlərinin tarix kitablarında yazdıqları kimi 6-10-cu əsrlərdə deyil, eramızdan əvvəldən başlayaraq Qafqazda və ətraf regionlarda yaşayıblar. Bununla bağlı çoxlu sübutlar var. Sadəcə bəzilərinə bu maraqlı deyil, onlar ya bilərəkdən ya inanaraq  bu cür çıxışlar edirlər. Bu faktları nəzərə almayan yanaşma selektiv tarixçilikdir, elm deyil”.

Zaur Məmmədov: Yersiz şəkildə bu kimi mövzuların ortalığa atılması düşmən dəyirmanına su tökməkdir

Z.Məmmədova görə, bir daha aydın olur ki, bu cür açıqlamaların verilməsi və indiki dövrdə yayılması ciddi və yersiz məsələdir:

“Aparılan tarixi, dilçilik və etnoloji təhlillər göstərir ki, azərbaycanlıların türk kimliyini inkar edən yanaşmalar elmi metodologiyaya əsaslanmır. Azərbaycan dili türk dilləri ailəsinin Oğuz qoluna daxildir və bu fakt etnik mənsubiyyətin əsas göstəricilərindən biridir. Tarixi mənbələrdə bölgə əhalisinin türk adı ilə tanınması, eləcə də etnogenez prosesinin ümumtürk kontekstində baş verməsi bu reallığı təsdiqləyir. Bu baxımdan, qonşu dövlətlərin ideyasına xidmət edən  “azərbaycanlılar türk deyil” tezisi elmi konsensusla uzlaşmır və həmin şəxslərin  ideoloji yanaşmarı ilə bağlıdır. Ən əsası, ilin-günün bu "şəhərli-kəndli", “rusdillilər- Azərbaycandillilər”,  “şiə-sünni”, “müsəlman-yəhudi” kimi mövzular da cəmiyyətin birliyi üçün müsbət heç nə vəd etmir”.

Aydın Baxış

Seçilən
29
50
bakivaxti.az

10Mənbələr