AZ

Ramos istəyinə çatmağa yaxındı

Serxio Ramosun “Sevilya”ya qayıtmaq niyyəti baş tutmaq üzrədi. Bu ilin əvvəlində 39 yaşlı futbolçunun klubu satın almaq istəyən sərmayədarlar qrupuna rəhbərlik etməsi ilə bağlı xəbər yayılmışdı.

"Football-plus.az" xəbər verir ki, məlumatda Ramosun daxil olduğu “Five Eleven Capital” holdinqinin “Sevilya”nın indiyədək aldığı ən yüksək maliyyə təklifini irəli sürdüyü bildirilmişdi. Razılaşma baş tutacağı halda dünya çempionunun hətta “Sevilya”nın prezidenti ola biləcəyi də vurğulanırdı. Son xəbərdə “Five Eleven Capital”ın İspaniya klubunu satın almaqla bağlı qarşı tərəflə ilkin razılığa gəldiyi bildirilir. Satış ayın sonuna qədər rəsmiləşə bilər. Bu əməliyyatın alıcı tərəfə 450 milyon avroya başa gələ biləcəyi də iddia olunur.

Dünya çempionunun sonuncu klubu “Monterrey” olub. O, Meksika klubundan ötən ilin dekabrında ayrılıb. Bir müddət əvvəl Serxionun futbolçu karyerasını davam etdirə biləcəyi haqda da xəbər yayılmışdı. “Nitsa”nın onunla maraqlandığı iddia edilsə də, bu planda konkret addımların atılmadığı məlum idi. Amma belə görünür, Ramos 2004-05 və 2023-24-cü illərdə formasını daşıdığı klubda rəhbər vəzifələrdən birini tutacaq.

Seçilən
11
7
football-plus.az

10Mənbələr