AZ

SEPAH Hörmüz boğazında təlim keçirəcək


İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Tehran və Vaşinqton arasındakı son dərəcə yüksək gərginlik fonunda Hörmüz boğazında döyüş atışlı hərbi təlimlər keçirəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Al-Arabiyya” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hərbi təlimlər 1 və 2 fevral tarixlərində baş tutacaq.
Təlimlərin SEPAH-ın hərbi dəniz qüvvələri tərəfindən keçiriləcəyi bildirilir.
Məlumata görə, Tehran artıq mülki gəmiləri ərazidəki atışmalarla əlaqədar mümkün naviqasiya problemləri barədə xəbərdar edib.
Qeyd edək ki, dünyanın neft və qaz ehtiyatlarının təxminən 20 faizi Hörmüz boğazından keçir.
Xatırladaq ki, çərşənbə günü ABŞ Prezidenti Donald Tramp “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi nəhəng bir armadanın İrana doğru hərəkət etdiyini və bunun əvvəllər Venesuelaya yerləşdirilən qüvvələrdən daha çox olduğunu bildirib.
Seçilən
9
7
yeniavaz.com

10Mənbələr