AZ

Avropada ötən il futbolçu transferi ilə bağlı ən yüksək artım tempi Azərbaycanda qeydə alınıb  

Ötən il Avropada 2024-cü illə müqayisədə futbolçu transferi ilə bağlı ən yüksək artım tempi Azərbaycanda qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə FIFA-nın açıqladığı hesabatda məlumat verilib. Ötən il Azərbaycan klubları ümumilikdə 162 oyunçu transfer edib.

Digər konfederasiyalar üzrə ən yüksək artım göstəricisi Cənubi Amerika Futbol Konfederasiyasında (CONMEBOL) Braziliyanın, Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasında (CONCACAF) Meksikanın, Afrika Futbol Konfederasiyasında (CAF) Liviyanın, Asiya Futbol Konfederasiyasında (AFC) isə Qırğızıstanın payına düşüb.

Qeyd edək ki, Azərbaycan 2025-ci ilə üzrə transferlərin sayı və maliyyə dövriyyəsinin əks olunduğu hesabatda 58-ci pillədə qərarlaşıb.

Seçilən
18
50
azerbaijan-news.az

10Mənbələr