AZ

Ukraynada atəşkəs əldə olundu

Rusiya ABŞ Prezidenti Donald Trampın xahişini nəzərə alaraq fevralın 1-dək Ukraynaya qarşı zərbələrdən çəkinməyə razılaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, bu qərar mümkün danışıqlar üçün daha əlverişli şəraitin yaradılması məqsədi daşıyır.

Peskov qeyd edib ki, Moskva münaqişənin diplomatik yollarla nizamlanması imkanlarını nəzərdən keçirmək üçün müəyyən müddət ərzində hərbi aktivliyi azaltmağa hazırdır.

Seçilən
10
20
teleqraf.com

10Mənbələr