AZ

Ərdoğan: Türkiyə İran ilə ABŞ arasında vasitəçi rolunu üzərinə götürməyə hazırdır  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti açıqlama yayıb.

Bildirilib ki, telefon danışığı zamanı liderlər Türkiyə–İran ikitərəfli münasibətlərini və bölgədə artan hərbi gərginliyi müzakirə ediblər.

Prezident Ərdoğan görüş zamanı gərginliyin azaldılması və problemlərin həllinə nail olunması üçün Türkiyənin İran ilə ABŞ arasında vasitəçi rolunu üzərinə götürməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi də hazırda Türkiyədə səfərdədir.

Seçilən
59
50
azerbaijan-news.az

10Mənbələr