AZ

“Türkiyə İran və ABŞ arasında vasitəçi olmağa hazırdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran lideri Məsud Pezeşkian arasında telefon danışığı olub.

Busaat.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Ərdoğan telefon danışığında ölkəsinin İran və ABŞ arasında mövcud gərginliyi azaltmaq üçün vasitəçiliyə hazır olduğunu bildirib.

“Söhbət zamanı Türkiyə və İran arasında ikitərəfli münasibətlər, həmçinin bölgədə hərbi gərginliyin artması müzakirə edilib. Prezident Ərdoğan gərginliyin azaldılması və problemlərin həlli məqsədilə Türkiyənin İran və ABŞ arasındakı münasibətlərdə vasitəçi rolunu oynamağa hazır olduğunu vurğulayıb”, – məlumatda qeyd olunub.

Türkiyə lideri həmçinin bu gün Ankarada səfərdə olan İranın xarici işlər naziri Abbas Araqçını qəbul etməyi planlaşdırdığını bildirib.

Seçilən
87
27
busaat.az

10Mənbələr