AZ

Dekabrda 10 milyonluq pambıq lifi ixrac olunub

Bu ilin yanvar-dekabr aylarında Azərbaycan xaricə 159,5 milyon ABŞ dolları dəyərində pambıq lifi ixrac edib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.

Məlumata görə, bu, ötən ilin 12 ayı ilə müqayisədə 17,6 milyon ABŞ dolları və ya 9,9% azdır.

Ötən ilin yanvar-dekabr aylarında Azərbaycan 177,1 milyon ABŞ dolları dəyərində pambıq lifi ixrac edib.

Buna baxmayaraq, təkcə dekabr ayında 10,4 milyon dollarlıq pambıq lifi ixrac olunub ki, bu da illik 2,2 milyon dollar (26,8%) çoxdur.

Seçilən
61
10
fed.az

10Mənbələr