Çin ABŞ prezidenti Donald Trampın Kubaya neft tədarük edən ölkələrə tarif tətbiq etmək qərarına reaksiya verərək Havana hökumətini dəstəklədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakuon Pekində keçirilən mətbuat konfransında bildirib ki, Çin Kubanın milli suverenliyini və təhlükəsizliyini müdafiə edir.
Guo Havananın xarici müdaxiləyə qarşı mövqeyini dəstəklədiklərini vurğuladı və Trampın Kubaya neft tədarük edən ölkələrə tarif tətbiq etmək qərarına mənfi reaksiya verdi.
Guo bildirib ki, "Çin Kuba xalqının hüquqlarını əlindən almaq cəhdlərinə qəti şəkildə qarşıdır".
Tramp Kubaya neft satan və ya tədarük edən ölkələrə tariflər tətbiq edən bir fərman imzalamışdı.
Ağ Ev iddia etmişdi ki, bu qərar ABŞ-ın milli təhlükəsizliyini və xarici siyasət maraqlarını Kubanın "zərərli hərəkətləri və siyasətlərindən" qorumaq məqsədi daşıyır.
Tramp 11 yanvarda yazdığı tvitdə Venesueladan Kubaya "heç bir neft və ya pul getməyəcəyini" bildirib və Havana hökumətini "çox gec olmamışdan əvvəl razılığa gəlməyə" çağırıb.
Aytən Yaşar/ Turkustan.az