AZ

Ədəbiyyat və tarix dərslikləri birləşdiriləcək? - Nazirlik rəsmisi

Ədəbiyyat və tarix dərslikləri birləşdiriləcək? - Nazirlik rəsmisi

1955-ci ildən sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə ilk milli fortepiano dərsliyi hazırlanıb.

Bunu Trend-in sualını cavablandırarkən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov media nümayəndələri üçün bu gün "Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının təqdimatı mövzusunda bilgiləndirmə sessiyasında bildirib.

Onun sözlərinə görə, nazirlikdə hər hansı dərslərin ləğvi və ya dərsliklərin birləşdirilməsi ilə bağlı məlumat yoxdur. Cəsarət Valehov qeyd edib: "Yeni bir xəbəri də bölüşmək istəyirik. İncəsənət məktəbləri üçün ilk milli fortepiano dərsliyi hazırlanıb. Yaxın günlərdə pilot layihə çərçivəsində həmin dərslik məktəblərə paylanacaq".

Qeyd edək ki, mediada mədəniyyət konsepsiyası çərçivəsində mədəniyyət fənni dərsliyinin hazırlanacağı, bəzi dərslərin ləğv edilib, dərsliklərin birləşdirilməsi haqda xəbərlər yayılıb.

Seçilən
21
7
afn.az

10Mənbələr