UEFA Çempionlar Liqasının 1/8 finalının püşkatma mərasimi keçirilib.
Milli.Az xəbər verir ki, 1/8 final mərhələsinə vəsiqə qazanan "Qalatasaray" "Yuventus"la qarşılaşacaq. İlk oyun İstanbulda, ikinci oyun isə Turində keçiriləcək.
İtaliya komandası olan "Yuventus" liqa mərhələsini 13 xalla 13-cü yerdə başa vurub. Türkiyə milli futbolçusu Kənan Yıldızın çıxış etdiyi "Yuventus" hazırda İtaliya A Seriyasında 42 xalla 5-ci yerdədir.
"Qalatasaray" və "Yuventus" daha əvvəl 4 dəfə qarşılaşıblar.
Qeyd edək ki, Ağdam təmsilçisi "Qarabağ" isə pley-off mərhələsində "Nyukasl"la qarşılaşacaq.
Milli.Az