AZ

Premyer Liqanın bir neçə klubu 100 milyon avrodan artıq təkliflər göndərdi

“Real”ın yarımmüdafiəçisi Çud Bellingem karyerasını İngiltərədə davam etdirə bilər.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, adları açıqlanmayan Premyer Liqanın bir neçə klubu son həftələrdə Bellingem üçün 100 milyon avrodan artıq təkliflər göndərib.

“Kral klubu” ingiltərəli oyunçunun çıxışı yaxşılaşmasa, belə təkliflərdən birini qəbul etməyi nəzərdən keçirə bilər.

Bellingem 2023-cü ildə Dortmund “Borussiya”sından 127 milyon avroya “Real”a keçib. Onun klubu ilə müqaviləsinin müddəti 30 iyun 2029-cu ilə qədərdir.

22 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 27 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə verib. Bu göstəricilər onun klubdakı performansının əsas ölçüsü kimi diqqət çəkir. İngiltərəli futbolçunun gələcəyi yaxın həftələrdə daha aydın olacaq.

Seçilən
71
50
sportinfo.az

10Mənbələr