AZ

Süni intellekt səbəbindən məktəbdə verilən ev tapşırıqları mənasını itirib

Rusiya Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkinin sözlərinə görə, süni intellekt texnologiyalarının geniş yayılması məktəblərdə ev tapşırıqlarının ənənəvi mahiyyətini faktiki olaraq aradan qaldırıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə TASS agentliyinə açıqlamasında bildirib.

“Məktəb tapşırıqlarından istənilən birini telefonla şəkil çəkmək kifayətdir ki, bir neçə saniyə ərzində tam izah olunmuş hazır cavab əldə edilsin”, — deyə Maksim Oreşkin qeyd edib.

Onun sözlərinə görə, bu halda şagirdə sadəcə nəticəni dəftərə köçürmək qalır.

Bununla belə, Oreşkin vurğulayıb ki, süni intellektin təhsildə tətbiqi yalnız mənfi təsirlərlə məhdudlaşmır. Müasir texnologiyalar eyni zamanda təhsil sisteminin imkanlarını genişləndirir, hər bir uşağın fərdi xüsusiyyətlərini daha dərindən anlamağa və onun potensialının inkişafı üçün xüsusi plan hazırlamağa şərait yaradır.

Prezident Administrasiyası rəhbərinin müavini hesab edir ki, süni intellekti təhsil sisteminə düzgün şəkildə inteqrasiya etməyi bacaran ölkələr bu sahədə “çox güclü irəliləyişə” nail ola bilərlər. Onun fikrincə, bu texnologiyalar gələcəkdə təhsilin keyfiyyətini köklü şəkildə dəyişmək potensialına malikdir.

Seçilən
57
50
ikisahil.az

10Mənbələr