2025-ci ildə Azərbaycanda könüllü əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta haqları 85.53 milyon manat təşkil edib.
Banker.az xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 3.8% azalma deməkdir.
Eyni dövrdə sığorta ödənişləri 4.01 milyon manat olub ki, bu da illik müqayisədə 6.4% artım göstərir.
Son dörd ilin dinamikasına baxdıqda, 2022-ci ildə bu sığorta növü üzrə haqlar 66.35 milyon manat, ödənişlər 1.43 milyon manat olub. 2023-cü ildə bazar həcmi 74.93 milyon manata yüksəlib, ödənişlər isə kəskin artaraq 75.42 milyon manata çatıb. 2024-cü ildə haqlar 88.95 milyon manatla pik səviyyəyə yüksəlib, ödənişlər isə 3.77 milyon manata enib.
Zərərlilik nisbətinin illər üzrə müqayisəsi göstərir ki, 2022-ci ildə bu göstərici 2.2%, 2023-cü ildə 100.7%, 2024-cü ildə 4.2%, 2025-ci ildə isə 4.7% olub. Beləliklə, 2023-cü ildə baş verən yüksək zərərlilikdən sonra bazar son iki ildə daha az olub.